"Səbail" baş məşqçisi Aftandil Hacıyevlə yolları ayırıb.
Paytaxt təmsilçisi mütəxəssislə müqaviləyə xitam verib. Hacıyevlə yanaşı, digər məşqçilər də istefaya göndərilib. Maraqlıdır ki, tərəflər bir müddət öncə yeni sözləşmə imzalamışdı. Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ildən "Səbail"i çalışdırırdı.